Sağlamlıq

“Denizegece” Azərbaycanda pasientləri hansı üsullarla arıqladır – Kitab satıb pul qazanmaqla, yoxsa…

Azərbaycanda əhali arasında arıqlama, daim bir çəkidə qalmağın yoları ilə bağlı böyük məlumatsızlıq var. İnsanlar həkim məsləhəti olmadan dietalar saxlamaqla, müxtəlif bitki çayları içməklə, yaxud da ən bahalı fitness klublara, ya da idman zallarına getməklə, bu arzularına çatacaqlarını düşünürlər. Baxmayaraq ki, uzun zamanlardır bu sahə üzrə püxtələşmiş, dünyanın ən məşhur həkim-dietoloqları da insanlara tövsiyyə edirlər ki, hər bir orqanizm spesifik olduğu üçün,tətbiq olunacaq dieta formulu da spesifik olmalıdır. Yəni, həkim nəzarətindən keçmədən, təzyiq, şəkər, qan analizləri vermədən hansı dieta formulasının insana uyğun gəldiyini bilmək olmaz.

Buna baxmayaraq insanlar qeyri-peşakarlar tərəfindən qazanc əldə etmək məqsədi ilə yaradılan psixoloji, arıqlama mərkəzlərinə üz tuturlar. Bu kimi mərkəzlərdə insanların dolandırıldığı barədə sosial şəbəkələrdə çoxsaylı narazılıqlara, şikayətlərə rast gəlmək mümkündür. Hazırda Bakı şəhərindəı belə mərkəzlər çoxdur. Bu mərkəzlərin göstərdiyi xidmətlərdən nə kimi nəticələrin əldə olunması özü də qaranlıq qalan məqamlardandı. Vədlər verərək pasientləri cəlb etdikdən sonra istənilən nəticəni verməyən, insanların narazılığına səbəb olan belə mərkəzlərin fəaliyyəti necə tənzimlənir, kimin haqlı, kimin haqsız olduğu necə müəyyən edilir. Əsas suallar da elə buradan yaranır.

Aktualunfo.org-a müraciət edən, adının hallanmasını hələlik istəməyən Naxçıvan sakini də yuxarıda qeyd etdiyimiz problemlərlə üzləşdiyini, aldadıldığını bildirir. Üzləşmiş olduğu bu problemi ictimailəşdirilməsini istəyən vətəndaş həm də ödədiyi pulun geri qaytarılmasını tələb edir. Onun şikayətini olduğu kimi diqqətinizə çatdırırq.

“Yazaraq bildirirəm ki, 18.07.2021 ci il tarixdə Denizegece.azerbaijan instagram səhifəsində gördükdən sonra İlahə adlı xanimla telefon danışığımız oldu. İlahə xanim bizə yiyərək qalıcı arıqlama, insulin dirəncinin bərpası, zob hormonlari, gərginlik, özünə qapanma və s. kimi problemlərin aradan qaldırılmasına əlavə pisxoloqlar cəlb olunacağına 100 % qarantiya verdikdən sonra 22.07.2021 ci il tarixdə bizə Şahverdiyev Murad adlı şəxsə məxsus Kapital Bank karti şəklini göndərdi. Mən həmin gün 15.34 radələrində 1035.00 AZN pulu həmin karta yüklədim, mənə hər hansı bir kassa mədaxil orderi təqdim olunmadı. Bizə Bakı şəhərindən kitab və qulaqçıqlar göndərildi. Proseslərə başlarkən 10 yaşlı qızımın 64 kq çəkisi varıydı. Həftədə 1 saat olmaqla Gövhər xanim qızım ilə WhatsAPP vasitəsi ilə danışıqlar aparırdı. Bir müddət keçdikdən sonra marafona qoşulmaq üçün Gövhər xanim əlavə olaraq 90 azn pul istədi. Daha sonralar bizdən gün ərzində qızımın minimum 20 000 maksimum 30 000 addım atmasını istədilər. O aralarda qızımın çəkisi 57 kq yendi. Çəkinin yenmə səbəbi isə qızımın dayanmadan aylarca yürüş etməsi idi . Yürüş dayandıqdan sonra qızım əvvəlki çəkisinə çatdı. Halbuki İlahə xanimla biz danışanda yürüş söhbəti olmamışdır. Proseslər bitdikdən sonra mən İlahə xanimla danışdım və məni Günel adlı xanima yönləndirdi. Günel xanim məndən onlara 1 ay müddət verməyimi xahiş edərək qızıma qəti qarışmamağımızı tələb etdi və razılaşdıq. Bir ayın tamamında qızımın çəkisi 69.5 kq çatdı. Mən vəziyyəti İlahə xanima bildirmək üçün 2 gün ərzində zənglər etdim. Təsüf ki, mənim telefonlarımı açmadı. Hal-hazırda övladımın pisxaloğyası korlanıb, yuxarıda göstərdiyim vədlərin heç birnə əməl olunmadı, ən əsasıda ödədiyim 1035.00 AZN mənə qaytarılmır. Bu yazdıqlarımın hər birini sübuta çatdırmağa səs yazısı və WhatsAPP yazışmaları mövcutdur. Əlavə olaraq oraya ödədiyim pulun qəbzini, övladımın mövçud şəklini və lahə xanimla olan səs yazılarını CD şəklində sizə təqdim edirəm. Sizdən xahiş edirəm ki ödədiyim vəsaitin mənə qaytarılmasına köməklik göstərəsiz.”

Aktualinfo.org vətəndaşın bu müraciəti əsasında internet resursrları üzərində apardığı araşdırmalar zamanı sözügedən arıqlama mərkəzi barədə o qədər də səhih məlumatlar toplaya bilmədi. Yalnız məlum oldu ki, ““Deniz Egece Neuroscience Academy” Türkiyədə yaradılıb. Türkiyə vətəndaşı olan Deniz Egece 35 yaşına qədər fabrika sahibi və iş adamı olub. Günün birində işlərini ataraq özünü kəşf etmək və müalicə olunmaq üçün çıxdığı yolda, özünü araşdırmalara həsr edib.

Deniz Egece, Uzaq Şərq, Avropa və Amerikada Neyroelm sahəsində xüsusi təhsil alıb. Keçdiyi təlimlərdən bəziləri yoqa terapiyası, kontemplasiya, pilates, NLP, hipnoz, özünə-hipnoz, qidalanma pozğunluqları, kvant fizikası, foto-yaddaş, ayurveda, reyki, fen-şuy, bioenerji və bədən dili olublar. Ən son Deniz Egece Harvard Universitetinin Nyu-York Film Akademiyasında (NYFA) şüuraltına təsir göstərən səs və işıq texnologiyaları üzrə təhsil alıb.

Deniz Egece özü də qalıcı olaraq 40 kq çəki atıb, xəstəliklərini müalicə edib və asılılıqlarından azad olub. “Təlimlə Qalıcı Çəki” və “Təlimlə Öz-özünə Qalıcı Müalicə” metodlarını inkişaf etdirib. Bir çox milli və beynəlxalq qəzet, jurnal, televiziya verilişləri və xəbərlərdə qonaq olub, dünyanın bir çox şəhərində universitet və məktəblərdə seminarlar keçirib.

Türkiyə, Azərbaycan, Almaniya, İsveçrə və ABŞ-da Deniz Egece Neyroelm Akademiyası və İnstitutunu yaradıb. Deniz Egece sağlamlıq sahəsində işləyən insanlara öz metodunu öyrədərək təlimçilər yetişdirib, müxtəlif ölkə və şəhərlərdə “Qalıcı Arıqlama Düşərgələri” və “Onlayn Qalıcı Arıqlama Təlimləri” keçirtməyə davam edir. “Dinləyərək Şüur Kodlama” və “Görüntülü Şüur Kodlama” cihazlarını icad edib. “Yatarkən arıqla” və “Musiqi ilə subliminal mesajla arıqlama” məhsullarını icad edib. Deniz Egece “Arıqlamada Son Söz”, “100% Qalıcı Arıqlama”, “Şüurlu Arıqlama”, “Arıqlamada dəyişim müddəti”, “Arıqlamada Düşüncə Fasiləsi” adlı kitabların müəllifidir.

Bəs bun arıqlama metodları Azərbaycana necə gəlib? https: www.denizegece.com.tr saytına yerləşdirilmiş məlumata görə https://www.denizegece.com.tr/deniz-egece-norobilim-akademisi-azerbaycanda-kuruldu/ Azerbaycanlı iş adamı ve hukukçu Nail Şahverdiyev ve eşi Gülmira Şahverdiyeva yatırım yaparak 28 Ocak 2019 tarihinde Azerbaycan’ın başkenti Bakü’de Deniz Egece Nörobilim Akademisi kuruldu.

Yönetim kurulu başkanı Nail Şahverdiyev şöyle konuştu:

“Akademimizin genel merkezi Azerbaycan’da olup buradan Azerbaycan, Rusya, Kazakistan, Ukrayna, Beyaz Rusya, Özbekistan, Türkmenistan, Kırgızistan, Letonya, Estonya, Litvanya, Tacakistan, Gürcistan, Moldovya, Çek cumhuriyeti ve İngiltere olmak üzere 16 ülkeye hizmet verecektir. Tüm Deniz Egece’nin ürün ve hizmetlerinin yayını, tanıtımı ve dağıtımı Bakü’de kurduğumuz merkez Akademi tarafından gerçekleşecektir.”

Nail Şahverdiyev kimdir? “Varidat Consulting” şirkətinin sahibi. “Varidat Consulting” 1994-cü ildə Nail Şahverdiyev tərəfindən Azərbaycanda təsis edilmiş, professional hüquq, biznes və maliyyə konsaltinqi xidmətləri göstərən bir şirkətdir.

Nail Şahverdiyevin adı hələ 2018-ci ildə, azərbaycan əsilli rusiyalı biznesmen, milyarder Fərhad Əhmədovun qanuni təmsilçisi kimi Bakının Bilgəh qəsəbəsində, dəniz sahilində yerləşən iqamətgahının 6 hektarlıq ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alan İtaliya şirkəti “Paghera” ilə F.Əhmədov arasında qarşılıqlı ittihamlarla müşaiyət olunan qalmaqalda hallanmışdı.

Mərkəzin www.dena.az vev-saytı naməlum səbələrdən işləmir. Azərbaycanda yaradıldığı 2019-cu il göstərilsə də 2018-ci ildən sosial şəbəkələrdə reklam olunub. Hətta bəzi televiziyalarda da mərkəzlə bağlı reklam xarakterli süjetlər verilib. Daha çox instagram üzərindən reklam olunur. Facebook sosial şəbəkəsi üzərində olan səhifədə son paylaşım 11 aprel 2020-ci ildə olub. Apardığımız araşdırmalarda Denizegece.azerbaijan-nın direktoru Nail Şahverdiyevin qardaşı Murad Şahverdiyev olduğu ortaya çıxdı. Bu həmin şəxsdir ki, Naxçıvan sakini onun Kapital bank hesabına 1035 manat pul köçürüb.

Bənzər yazılar

Back to top button