İdman

Ronaldunun rekord arzusu

“Mançester Yunayted” mövsümün sonunada Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Kriştianu Ronaldu klubdan ayrılacaq.

Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.

Hazırda komanda İPL-də turnir cədvəlinin 7-ci pilləsində qərarlaşsa da, Çempionlar Liqası zonasından cəmi iki xal geri qalır.

İspaniya mətbuatı həmçinin Ronaldunun ÇL-də 6 qələbəsi olan və bu yaxınlarda dünyasını dəyişən “Real Madrid”in əfsanəsi Pako Centonun rekordunu yeniləmək fikrinə düşdüyünü yazır. Ronaldunun hazırda aktivində 5 çempionluq kuboku var.

Xatırladaq ki, PSJ Ronaldunu transfer etməyə əsas namizəddir. Fransa klubunun rəhbərliyi ulduz futbolçu üçün lazın olan məbləği odəməyə hazır olduğunu bildirib.

Bənzər yazılar

Back to top button