İqtisadiyyat

2021-ci ilin büdcəsi necə icra olunub?

Maliyyə Nazirliyi 2021-ci ilin dövlət büdcəsinin icrasına dair məlumat yayıb. Hesabata görə, büdcə gəlirləri 26 milyard 395,5 milyon manat təşkil edib (2020-ci illə müqayisədə 6,9 faiz çox).

Vergi orqanları xətti ilə büdcəyə 8 milyard 531,4 milyon manat, gömrük orqanları xətti ilə 4 milyard 343 milyon manatın daxil olduğu, Dövlət Neft Fondundan büdcəyə 11 milyard 350 milyon manatın köçürüldüyü bildirilir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxilolma 16,2 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolma 612,9 milyon manat, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin təminat fondundan daxilolma 880 milyon manat, Mərkəzi Bankın mənfəətindən ayırmalar hesabına daxilolma 250 milyon manat, sair daxilolmalar 412 milyon manat göstərilir.

Xərclərin 27 milyard 412,5 milyon manat həcmində rəsmiləşdiyi, 2020-ci ilin göstəricisini 3,8 faiz üstələdiyi vurğulanır.

Bənzər yazılar

Back to top button