Dünya

ABŞ İranın mədəni obyektlərini vuracaqmı? Pentaqon şefi açıqladı

İranın mədəniyyət obyektlərinə hücum məsələsində ABŞ ordusu “silahlı qarşıdurma qanunları”na əməl edəcək.

Qaynarinfo xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Mark Esper “Washington Post” qəzetinə açıqlamasında deyib.

“Burdan belə çıxırmı, ABŞ müharibə qanunlarına əsasən belə yerlərə hücum etməyəcək”, – sualına isə Esper qısaca cavab verib: “Silahlı qarşıdurma qanunları belədir”, – deyə cavab verib.

Xatırladaq ki, şənbə günü ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İranın 52 mövqeyini, o cümlədən mədəni irsi obyektlərini hədəf aldığını demişdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button