İdman

“Dahi Qvardiola futbolu dəyişdirdi”

“Mançester Siti”nin futbolçusu Kevin de Brüyne komandanın baş məşqçisi Pep Qvariola ilə bağlı danışıb.

Qol.az xəbər verir ki belçikalı yarımmüdafiəçi “The Guardian”a açıqlamasında Qvariolanı dahi məşqçi adlandırıb:

“Mən onunla çoxdan işləyirəm. Ona görə də oyunu necə idarə etdiyini başa düşürəm. Qvardiolanın fəlsəfəsi mümkün qədər çox topa sahib olmaq və yaxşı oyun göstərməkdir. O, bunu komandasının oyununda görmək istəyir. Futbolu dəyişdiyi üçün dahi adlandırmaq olar. Onun sayəsində çoxları “Barselona” kimi oynamağa başladı.

O, Kroyffun ideyalarını inkişaf etdirdi və indi bir çox komandalar eyni şəkildə oynayır. O, futbolu bir çox cəhətdən dəyişdirdi”.

Bənzər yazılar

Back to top button