DünyaSiyasət

Əli Əsəd: “Suriyada heç bir erməni batalyonu yoxdur!”

Ötən həftənin ən diqqətçəkən hadisələrindən biri Türkiyə və Rusiya prezidentləri arasında əldə olunan Suriya ilə bağlı razılaşmadır.

Suriyanın siyasi və ictimai xadimi, Suriyanın Milli Birlik Hərəkatı rəhbərliyinin üzvü Əli Salim Əsəd media.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

– Suriya xalqının nöqteyi-nəzərindən bu razılaşma nə qədər uğurludur?
– Belə deyərdim ki, Rusiya Suriyanın şimalındakı ərazilərin ələ keçirilməsinin qarşısını aldı. Eyni zamanda, Türkiyə bu torpaqlara giriş əldə etdi, ancaq onu özünə birləşdirməyəcək. Rusiya Federasiyası indi Suriyada güclü mövqeyə sahibdir.

– Ekspertlər deyir ki, kürdlər növbəti dəfə xəyanətlə üzləşdi. Ermənistan KİV isə öz növbəsində Suriyadakı ermənilərdən narahatlıqları barədə yazır. Eyni zamanda, erməni KİV Suriyanın şimalında kürdlərlə yanaşı, erməni batalyonun da döyüşdüyünü və hətta Türkiyə ordusuna “müharibə elan etdiyini” bildirib.

– Kürdlərdən danışsaq, onlar özlərini ittiham etməlidirlər. Onlar xarici qüvvələrin, kürdlərə müstəqillik verə biləcək ABŞ-ın gücünə arxalanırdılar. A ncaq dünənki rəqiblərin hamısı hansısa mənada anlaşdılar. Əlbəttə, istənilən müharibədə məğlub olan və qalib gələn tərəf olur. Ancaq Suriya mövcud reallıqlara əsaslanaraq mümkün olanı aldı. Türkiyə, Rusiya, ABŞ-ın Suriya münaqişəsindəki rolunu başa düşürük.

Bu gün Suriyada başqa bir dövlət yarana bilməz. Rusiyanın sayəsində ölkəmizin ərazi bütövlüyünün qorunması və bir növ siyasi həll yoluna getmək imkanı barədə danışa bilərik. Ancaq təbii ki, münaqişənin müxtəlif tərəflərinin öz planları var. Həmişə narazı tapılacaq.

Ermənistana gəlincə isə, hər hansı erməni batalyonu haqqında eşitməmişəm. Onun haqqında heç kim heç nə bilmir. Hər hansı bölmə ola bilər. Suriya ordusunda ermənilər də xidmət edir. Ermənistan Türkiyənin iştirakından narazıdır. Tarixi ziddiyyətlər var, onlar həmişə münasibətlərə təsir göstərir.

– Həll məsələsinə qayıtsaq, Suriyada sülhün bərpası hazırda nə dərəcədə realdır?

– Görürük ki, arzu etməyi mümkün olmayan ərazilərə nəzarət də qaytarılıb. Proses gedir, bu, böyük uğurdur. Görürük ki, amerikalı işğalçılar döyüşlərsiz gedirlər. Bu, həll üçün birinci addımdır. Suriyalılar razılaşmalıdırlar, başqa yol yoxdur.

Bənzər yazılar

Back to top button