İqtisadiyyat

İki iş adamı arasında “pul davası”: Tikinti sektoru kimlərin ümidinə qalıb?

“Olympus” park tikinti şirkəti ilə iş adamı Hacı İbrahim Nehrəmli arasındakı borc davası artıq mətbuata çıxıb.

Bu barədə demokrat.az-a Hacı İbrahim Nehrəmli danışıb.

O bildirib ki, iş adamı Rəfael Qarayev onu aldadaraq külli miqdarda pul “atıb”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Maraqlıdır ki, bir neçə gündür bu haqda mediada davamlı məlumatlar dolaşır. Bu məlumatların həmin media orqanlarına Hacı İbrahim Nehrəmli tərəfində sızdırıldığı barədə də iddialar var.

Hazırda iki iş adamı arasında “böyük pul” qalmaqalı yaşanır: “”Olympus” parkın daxilində qurulan piramida şəbəkəsinin fəaliyyəti iş adamlarını aldadılmasına və onların sərmayələrinin mənsimsənilməsinə yönəlib. Bu şəbəkəsinin başında isə şirkətin rəhbəri Rafael Qarayev dayanır: “İndiyə qədər 37-dən çox ortağı olan “Olympus park” şirkətinə tanınmış iş adamları aldadılaraq cəlb edilib”, – məlumatda belə qeyd olunur.

Bildirilir ki, “Olympus park” şirkətinin müxtəlif fırıldaq əməllərlə işə cəlb etdiyi şəxslər içərisində xeyli sayda türk iş adamları da var: “Şirkətin ölkə üzrə həyata keçirdiyi layihələr ciddi risklər formalaşdırır. Belə ki, “Olympus park” şirkətinin qeyri-qanuni addımları nəticəsində ölkədə xeyli sayda narazı insanların təbəqəsi formalaşıb. Narazı, aldadılan insanların hüquqlarının təmin edilməməsi Rəfael Qarayevin qol-qanadını daha da açır. O, özünün geniş əlaqələrindən və maddi imkanalrından istifadə edərək vətəndaşlarla dövlət arasında dərin çat yaradır. Şirkətinin “28 May” ünvanındakı apardığı tikinti işləri zamanı ağacları kəsməsi də narazılıq yaradıb. Hətta buna görə şirkətə cinayət işi də açılıb”.

Məlumata görə, hazırda “Olympus park”a bir neçə cinayət işi açılıb: “Bunu sübut edən rəsmi sənədlər də var. Məsələ bundadır ki, Nərimanov layihəsi ilə bağlı da şirkətə cinayət işi açılıb. Çünki şirkət vətəndaşa məxsus əmlakı onun icazəsi olmadan söküb və bu günə qədər razılıq əldə edilməyib. Bunu sübut edən məhkəmə qərarı var. Xətai rayonunda kompleks tikilən zaman “Lider” idman klubu qanunsuz olaraq sökülüb və sahibinə aid əşyalar dağıdılıb. Bu hadisə ciddi ictimai müzakirələrə də səbəb olmuşdu. İddia olunur ki,şirkətin 7-ci mikrorayondakı tikinti ərazisində apardığı işlərlə bağlı azərbaycanlı kemiş bankir və Türkiyənin məşhur iş adamlarından biri də aldadılıb. Belə ki, bu şəxslərin pulları alınıb, mənimsənilib”.

“Olympus park” şirkətinin qanunsuz addımları o həddə açtıb ki, Badamdar ərazisindəki tikinti işlərini məhkəmə dayandırıb: “Məhkəmə qarşı tərəfin lehinə qərar çıxarıb və nəticədə Rəfael Qarayev uduzub. Əslində şirkət tamamilə çöküb. Ancaq qurulan piramida şəbəkəsi sayəsində özünü sağlam göstərməyə çalışır. Fakt budur ki, şirkətin bütün layihələrində işlər dayanıb”.

Hacı İbrahim Nehrəmli demokrat.az-a deyib ki, Rəfael Qarayev onun şirkətlərindən birinin 50 faizini alıb: “Bəli, həqiqətən də, Rafael Qarayev bizə aid olan şirkətin ona satılması üçün müraciət etmişdi. Belə razılaşdıq ki, şirkətin 50 faizini ona verək. O, ilkin 50 faizin ödənişlərini problemsiz icra etdi. İkinci 50 faizi isə ödəniş olmadan bizdən istədi və kişi sözü verdi ki, pulu vaxtında odəyəcək. Bundan sonra isə onunla əlaqə saxlamaq mümkün olmadı. Telefon zənglərimizə cavab vermədi. İndi də təsisçilərimiz ondan şikayətçidir. Pullarını geri alıb-almayacaqları hələ ki sual altındadır”.

“Hamı kimi mən də eşidirəm ki, Rafael Qarayevlə bağlı şikayətlər var, onun çoxsaylı şərikləri ilə olan münaqişəsini mən də eşitmişəm. Amma işin içərisində olmadığım üçün dəqiq bir söz deyə bilmirəm. Ancaq bu cür hərəkətləri iş adamına yaraşdırmıram”, – deyə o bildirib.

“İndiyədək məni bu həyatda heç kim aldada bilməyib. Əgər bu adam məni aldada bilibsə, inanıram ki, çox “qabağa” gedəcək. Piramidanın hansı nöqtəsində yıxılacaqsa, onu deyə bilmərəm. Amma mən bilirəm ki, adam siyasi ambisiyalarla yaşayır. Bu gedişatla ona da nail olacaq”, – İbrahim Nehrəmli qeyd edib.

R.Qarayevin Ukraynanın Kiyev şəhərinə qaçdığı da bildirilir, amma bu məsələ nə özü, nə də hər hansı bir rəsmi qurum tərəfindən təsdiqlənib.

Rəfael Qarayevdən məsələ ilə bağlı mövqe öyrənmək mümkün olmadı.

Bənzər yazılar

Back to top button