İdman

Teymur Rəcəbov xalq artistinin nəvəsi ilə evləndi (FOTO)

Şahmat millimizin üzvü Teymur Rəcəbovla Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakovanın nikah mərasimi baş tutub.

Qol.az xəbər verir ki, bu barədə 34 yaşlı qrossmeyster özünün “İnstaqram” səhifəsində “I Love You!” (Səni sevirəm) yazaraq paylaşım edib.

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var.

Xatırladaq ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

Bənzər yazılar

Back to top button