Hadisə

İcra başçısı Şəhidlər Xiyabanından qovuldu – VİDEO

Dərdlərini demək üçün aylardı icra başçısının qəbuluna düşməkdə çətinlik çəkən rayon sakini Şəhidlər Xiyabanında icra başçısına bu şəkildə açıq etirazını bildiriblər.

Sosial şəbəkələrdə Xaçmazın icra hakimiyyətinin başçısı Elnur Rzayev, rayonda Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən, yerli sakinlər tərəfindən etiraz edilərək oradan qovulub.

Bu arada biz Turantv.az saytı olaraq Prezident İlham Əliyev Elnur Rzayevi Xaçmaz rayonuna icra başçısı göndərərkən qəbul zamani ona dediyi sözləri bir daha xatırlatmaq istəyirik.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Prezident İlham Əliyev Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edərkən demişdi:
“Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr – bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz.”

Qeyd edək ki,Qeyd edək ki, E.Rzayev daha əvvəl Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb. Prezidentin 31 oktyabr 2019-cu il tarixi sərəncamılə Xaçmaz Rayon İcra başçısı təyin olunub.

Turantv.az-ın məlumatına görə, dərdlərini demək üçün aylardı icra başçısının qəbuluna düşməkdə çətinlik çəkən rayon sakini Şəhidlər Xiyabanında icra başçısına bu şəkildə açıq etirazını bildiriblər, deyən yerli sakinlərdən biri bu barədə sosial şəbəkdə yazıb.

Yaranan narazılıdan qorxuya düşən icra başçısı, problemini neçə vaxdır anlatmaq istəyən bir neçə sakini qəbul edib, problemlərinin həll olunmasına köməklik göstərəcəyinə söz verib.

Qeyd edək ki, Xacmaz rayon icra başçısı Elnur Rzayevə sərt etiraz edən yerli sakinlər Vətən Müharibəsində Şəhid olan vətən övladlarının yaxınları olub.(anoloq.az)

Bənzər yazılar

Back to top button