İqtisadiyyat

`Aztelekom`da maliyyə fırıldağı

Azərbaycanda bütün xidmətlərin qiymətində artım olduğu halda ötən ilin sentyabr ayında internetin xidmətində aylıq tariflərin endirilməsi haqda rəsmi məlumat gözlənilməz oldu. Baxmayaraq ki, ölkəmiz ilə müqayisədə dünyanın bir çöx dövlətlərində internetdən istifadə dəfələrlə ucuzlaşıb. Azərbaycan Respublikası da elə bir mürəkkəb və internet təminatının baha başa gəldiyi coğrafi quruluşa malik deyil ki, biz internetin baha satılmasını şəraitə görə əsaslandıra bilək.

İnternet tariflərinin endirilməsi haqda məlumat, başqa müvafiq şirkətlərdə olduğu kimi “Aztelekom” MMC -nin də saytında da ucuzlaşdırılmış tarif cədvəli yerləşdirilib.

2021-ci il sentyabr ayının 21-dən “Aztelekom”-da 10 və 15 manatlıq aylıq internet paketləri ləğv olunub. Əvvələr ayı 20 manat olan 4mbps sürətli internet ötən ilin sentyabr ayından 13 AZN-ə endirilib. Bundan başqa, tarif cədvəlinə daha sürətli aylıq 16 və 19 AZN ödənişli internet xidməti əlavə olunub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Amma buna baxmayaraq ötən bu 4-5 ay ərzində “Aztelekom MMC” qiymətlərin dəyişməsi haqda abonentlərlə işləməyib və onlara ucuz tarifə keçmələri haqda xəbərdarlıq etməyərək istifadəçilərdən15- 20 manat pul yığır.

Qeyd edilənlərə sübüt kimi, istənilən şəxs onlayn ödəniş sistemində 15 -20 AZN-lik bölmənin mövcudluğunu və istifadəçilər tərəfindən həmin bölməyə pulun ödənildiyinin şahidi ola bilər. Hətta bunu yoxlamağa ehtiyac da duyulmur. Çünki bir çoxumuz abonent olaraq bu halın şahidiyik.

Qazeta.info bildirir ki, 4 aydan artıqdır ki, abonentlərə köhnə qiymətlərlə ödəniş etdirilməsi ilə bağlı verdiyimiz suala “Aztelekom” MMC və Rabitə qovşaqları hər hansı izah verə bilmədilər. Belə olduğu halda bu ödəniş maliyyə maxinasiyası kimi ciddi şübhələrə əsas verir. Bu hala haqq qazandırmaq məqsədilə başqa formada izah isə əhəmiyyətsizdir.

Bundan başqa bildirək ki, “Aztelekom” MMC bir neçə aydır ki, ölkədə hiper optik şəbəkə vasitəsilə GPON internet xidməti göstərir. Bu xidmətin internet qiymətlərinə nəzər saldıqda isə ən ucuz paket 17.5 azn təşkil edir. İri yaşayış yerləri və paytaxt Bakıda GPON-dan istifadə əsasən yeni abonentlərə təklif olunsa da, Bakıətrafı kəndlərdə “Aztelekom” MMC-nin əməkdaşları ADSL istifadəçilərini bu xidmətə qoşulmağa birbaşa və dolayısı yolla məcbur edirlər. Bu istiqamətdə əl atılan üsullardan biri də internetdə yaranan nasazlıqların aradan qaldırılmasını çətinləşdirərək, abonentlərə bahalı yeni xəttə qoşulmağı təklif etmək kimi nalayiq vasitələrdir.

Qeyd edilən hallar Abşeron rayonu Digah və Mehdiabad ərazilərində daha da özbaşnalıqlarla müşahidə olunur. Yerli mütəxəsislər ilk öncə ümumiyyətlə telefon və internet xətti olmayan sakinlərə yeni telefon xətti və hiper optik şəbəkəyə 200-250 AZN-ə qöşurdularsa, hazırda ADSL istifadəçilərini müxtəlif üsullar ilə GPON internetə qoşulmağa məcbur edirlər.

Bənzər yazılar

Back to top button