Siyasət

Putin və Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını müzakirə ediblər

Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub. Bu barədə şənbə günü Kremlin mətbuat xidməti məlumat verib.

“Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit edilmiş razılaşmaların reallaşdırılmasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin xəttilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib”, – məlumatda deyilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button