İdman

Qvardiola Mourinyonun rekordunu qırdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında rekorda imza atıb.

Qol.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin rekordu çempionatın son turunda “Southempton”la görüşdə (1:1) qeydə alınıb.

Bu heç-heçədən sonra “şəhərlilər” Qvardiolanın rəhbərliyi altında Premyer Liqada 500-cü xalını qazanıb. Qvardiola 500 xala ən tez çatan baş məşqçi kimi Premyer Liqanın tarixinə düşüb. O, buna 213-cü matçda nail olub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Əvvəlki rekord isə Joze Mourinyoya məxsus idi. İngiltərədə “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırmış Mourinyo 231 matçda 500 xal yığıb.

Bənzər yazılar

Back to top button