Siyasət

Orada “Artsax”ın hansısa strukturları formalaşacaqsa… – Münasibət

“Türkiyənin Qarabağdakı missiyası təmin edilməlidir”.

Qaynarinfo xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

“Son zamanlar Rusiya sülhməramlıları ilə bağlı məsələ xeyli ciddiləşib. Burada işlər açıq-aşkar düz getmir. Çünki görünən odur ki, erməni silahlıları rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə özlərini sərbəst hiss edirlər. Sülhməramlılar artıq tam olaraq tərəf rolunu oynayırlar. Tərəf olaraq da sanki Ermənistanı deyil, separatçıları, geydirmə “Artsax Respublikasını” önə çəkirlər. Onun atributlarını, mükafatlarını artıq sülhməramlılar qəbul ediblər. Bu, sülhməramlı funksiyasını üzərinə götürən tərəf üçün heç bir halda doğru bir hal deyil. Rusiya mediası da sanki bu prosesi dəstəkləyir. Türkiyənin hələlik prosesdən kənarda qalması da anlaşılmazdır və bu da Qarabağda proseslərin artıq bizim maraqlarımıza uyğun olmayan formada davam etməsinə rəvac verir”.

Osman Gündüz hesab edir ki, Azərbaycan hökuməti təcili olaraq bu məsələni gündəmə gətirməlidir:

“Rusiya və Türkiyə ilə bu məsələ ciddi müzakirə olunmalıdır. Rusiyanın bu məslədə mövqeyinin tam olaraq dəyişməsi üçün ciddi addımlar atılmalıdır. Türkiyənin Qarbağdakı missiyası təmin edilməlidir. Azərbaycan Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdə “Artsaxın” , “artsax ordusunun” hökmranlığına son qoyumalıdır, ona yenidən strukturlaşmağa imkan verilməməlidir. Bəyanatda nəzərdə tutulanlar reallaşdırılmalı və erməni yaraqlıları oranı tərk etməlidir”.

Osman Gündüz qeyd edib ki, Qrabağda bütün ərazilərdə Azərbaycan dövlət qurumlarımın strukturları fromalaşdırılmalıdır:

“Əgər Rusiya sülhməramlılarının və ya geydirmə “Artsaxın” Xankəndi və ətraf ərazilərdə köhnə qaydada hansısa strukturları formalaşacaqsa, bu, artıq o deməkdir ki, həmin ərazilər Azərbaycan yuridiksiyasından çıxdı. Düşünürəm ki, heç bir halda buna yol vermək olmaz”.

Bənzər yazılar

Back to top button