İdman

Sadio Mane Cerrardın yanına gedəcək, Ronaldunun?

“Bayern Münhen”in vingeri Sadio Mane karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Fanat.az xəbər verir ki, informasiyanı “Bild” yayıb.

Xəbərə görə, seneqallı ulduzun xidmətində sözügedən ölkənin iki klubu – “Əl-Nəsr” və “Əl-İttifaq” maraqlıdır. Mənbə “Əl-İttifaq”ın yeni baş məşqçisi Stiven Cerrardın Manenin transferini şəxsən arzuladığını da diqqətə çatdırıb. “Bayern”də illik 20 milyon avro maaş alan afrikalı futbolçunun gələcəyi barədə yaxın günlərdə qərar verəcəyi vurğulanıb.

Qeyd edək ki, 38 yaşlı superulduz Kriştianu Ronaldu bu ilin yanvarından “Əl-Nəsr”in uğurları üçün çalışır.

Bənzər yazılar

Back to top button