Hadisə

1500-dən çox məhbus amnistiya ilə azadlığa çıxıb

8 noyabr Qələbə Günü münasibətilə elan olunmuş amnistiya çərçivəsində 6191 nəfər müxtəlif cəza növündən azad edilib. Bu barədə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov videokonfrans rejimində operativ müşavirə zamanı bildirib.

Onun sözlərinə görə, 1542 nəfər həbsxanadan azad edilib. Daha 1075 nəfərin cəza müddəti azaldılıb.

Bundan əlavə, 1 022 məhbus amnistiya qaydasında cərimə növündə cəzanın icrasından azad edilib.

Amnistiya aktının icrasına 4 ay vaxt ayrılıb.(Turan)

Bənzər yazılar

Back to top button