CəmiyyətDünyaGündəm

Koronavirusla bağlı qorxulu kəşf: Digər yoluxucu xəstəliklərdən iki qat daha tez yayılır

Dünya koronavirusla mübarizə apararkən, alimlər rəsmi məlumatlara görə, 2 milyona yaxın insanda aşkar edilən və 115 mindən çox insanın ölümünə səbəb olan bu pandemiyanın təfərrüatlarını öyrənmək üçün bir çox alimlər geniş tədqiqatları davam etdirir.

AzToday.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Meksiko əyalətindəki Los-Alamos Milli Laboratoriyasında araşdırmalarını davam etdirən alimlər Uxandakı yayılmanı araşdıraraq koronvirusun daha çox yoluxucu və təhlükəli olması barədə nəticəyə gəliblər.

Alimlər koronavirusun gözlənildiyindən daha qısa müddət ərzində bir insandan digərinə ötürüldüyünü müəyyənləşdiriblər. Uxandakı yayılmanı araşdıran alimlər müəyyən ediblər ki, virus bir adamdan digərinə 2,3 –3,3 gün arasında ötürülür. Həmçinin tədqiqatda bu xəstəliyə yoluxmuş bir insanın daha çox insanı yoluxdurduğu da aşkar edilib.

Aparılan tədqiqatlar nəticəsində bir xəstənin bu virusu 5,7 nəfərə yoluxdurduğu və bu nisbətin normal rəqəmlərdən iki dəfə çox olduğu aşkar edilib. Verilən məlumata görə, adətən, viruslar 2,2–2,7 adama ötürülür, ancaq bu virus insanları daha sürətli yoluxdurur və daha qısa müddətdə yayılır.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button