CəmiyyətGündəmManşet

Azərbaycanda ərəblərin növbəti ov macəraları – ETSN hara baxır? (VİDEO)

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə “Bəzgək” ovlamaları ilə bağlı məlumat yayılmışdı. Sözügedən iddia ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova açıqlama verərək, Ceyrançöl ərazisinə nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilidiyini, lakin heç bir qanunsuz ov aparılması faktının aşkar edilmədiyini bildirmişdi.

Pia.az xəbər verir ki, “ecofront” səhifəsi sözügedən məsələni növbəti dəfə gündəmə gətirərək, həmin ərazidə ov edən ərəblərin görüntülərini yayıb.

İddia olunub ki, ərəblərin iştirakı ilə lentə alınmış görüntülər Tovuzda ov düşərgəsində çəkilib. Əcnəbi qonaqlar ovlanması qadağan olunan “Bəzgək” ovlayıblar: “Tovuzda xarici turistlərin qanunsuz ov etdiyini iddia edirdik. ETSN reaksiya verdi ki, sübut elə… Elə bil, bunlar cinayətkardır, biz ittihamçı, mütləq sübut etməliyik. Əgər iddia ediriksə, indiyə qədər az qala hər dəfə haqlı olduğumuzu nəzərə alıb əziyyət çəkin, ofisdən tərpənin, gedin baxın. Ya da kimə, nəyə icazə vermisiniz, yaxşı bilirsiz… Bu da sübutları. Həmin ov düşərgəsinin iştirakçısı bəzgək ovlayıblar. “Qırmızı kitab”a düşən canlıların ovu cinayət məcəlləsi ilə tənzimlənir. Buyurun, cinayət işi açın. “Şəkilləri paylaşmayın” demisiz, onlar da ölkəni tərk edən günü paylaşıblar. Pul verib turist, niyə paylaşmasın ki?! Ondan ötrü verib də. Onun utanası yeri yoxdur. Pulunu verir, satandan alır. Ölkənin təbiətini, qanununu satışa çıxaran ETSN utansın. Turist özbaşına ov etmir ki, hər şey təşkil edilir hər addımda yanında adam olur. Qanunu pozan şirkətlərin ov turizmi ilə məşğul olması bir neçə mövsüm qadağan edilməlidir. Onda gör necə əməl edirlər. Qırmızı kitaba düşən heyvanların ovu ancaq cinayət məcəlləsi ilə tənzimlənir. İnzibati xətalarla yox! Başqa da faktlar paylaşacağıq. Hələ Nazirin (Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev nəzərdə tutulur-red) yaxın qohumunun ov şirkəti və nazirin vəzifəsindən necə sui-istifadə etməsi haqqında da danışacağıq”.

Qeyd edək ki, ovda iştirak edən ərəblərdən biri “Binthaninayef” adlı instaqram hesabında Azərbaycanda ov edərkən çəkilmiş fotosunu paylaşıb. O, sözügedən fotonun 23 yanvar 2022-ci ildə Azərbaycanda çəkildiyini qeyd edib. Məlumata görə, ərəblər artıq Azərbaycanı tərk ediblər və fotoları da bundan sonra paylaşıblar.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button