İqtisadiyyat

Kəmaləddin Heydərov Qəbələdki beton zavodunu da satdı

Azərbaycanda iri beton təchizatçılarından biri “Spark” MMC Qəbələdə beton zavodunu satın alıb.

AzToday.az banker.az-a istinadən xəbər verir ki, “Spark” şirkəti vaxtı ilə “Gilan Holding” MMC-yə daxil olan “Gilan Qəbələ Beton Zavodu” MMC (VÖEN: 4400427411) satın alıb.

Zavodun hüquqi adı “Gilan Qəbələ Beton Zavodu” MMC, dəyişdirilərək “Spark Qəbələ Beton” MMC kimi adlandırılıb.

Qeyd edək ki, “Spark” MMC 1997-ci ildə yaradılıb. Ölkənin böyük beton təchizatçılarından biri olan tikinti şirkətidir. Şirkətin nizamnamə kapitalı 18 660 000 manatdır.

“” MMC, yaxud indiki adı ilə “Spark Qəbələ Beton” MMC 2010-cu ildə yaradılmışdı. Yaradılan zaman cəmi 100 manat nizamnamə kapitalı olsa da, hazırda bu 50 100 manatdır.

Daha bir faktı da qeyd etməliyik ki, “Gilan Holding”in nizamnamə kapitalı yanvarda olan məlumata görə 98 483 064 manatdan 100 manata endirilmişdi. 2021-ci ildə bir neçə şirkətin adındakı “Gilan” brendi götürülmüş, “ABA” kimi qeydiyyata alınmışdır.

Bənzər yazılar

Back to top button