Cəmiyyət

Cümə axşamı Bakıda sulu qar yağacağı gözlənilir

Cümə axşamı Bakıda və Abşeronda yağıntı gözlənilir, axşama doğru sulu qar yağacaq, güclü şimal-qərb küləyi əsəcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.

Havanın temperaturu gecə müsbət 1+3, gündüz müsbət 4 + 6 dərəcə olacaq.

Ölkə rayonlarında da sulu qar və qar yağacaq.

Dağlıq və dağətəyi rayonlarda qar yağması intensiv olacaq, güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə mənfi 3 şaxtadan müsbət 2, gündüz müsbət 4+8 dərəcə olacaq. Dağlarda gecə mənfi 5-10 şaxta, gündüz 2-6 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button