İqtisadiyyat

Almaniya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edə bilər

Çərşənbə axşamı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Almaniyanın Azərbaycanda səfiri Volfqanq Maniqi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının İcraçı direktoru Tobias Baumanı qəbul edib.

Komitənin məlymatda deyilir ki, görüş zamanı iki ölkə təşkilatları arasında ərazi planlaşdırılması sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında Almaniyanın inşaat və memarlıq şirkətlərinin iştirakının mümkünlüyünü müzakirə ediblər. (Turan)

Bənzər yazılar

Back to top button