Hadisə

Ekologiya nazirinin müavuni Vüqar Kərimov hələ də “meşə quldurları”nı müdafiə etməkdədir

Cənub zonasından “ekoloji problemlər”lə bağlı daxil olan şikayətlərin ardı-arası kəsilmir.

Azerinfo xəbər verir ki, daha bir şikayət Cəlilabad rayon Ağdaş kənd sakini Nəhəmtov Əli Əhməd oğlu tərəfindən daxil olub.

Onun dediyinə görə,

– meşələr qırılıb məhv olur.
– saxta qırma sahələri (Bir nömrəni iki ağaca vurublar, seyrək meşələrdə qırma, adları “Qırmızı Kitaba” düşmüş ağaclar və hətta həmin qırıntıların yerlərini göstərməyə belə hazır olduğunu bildirir;
– Meşələrdə mal-qara fermalar;
– Meşə torpaqlarını örüş kimi ferma sahiblərinə satıblar;
-Cəlilabad və Göytəpə meşəbəyliyində olan meşə torpaqların qanunsuz olaraq kənd təsərrüfatı bitkilərin əkmək məqsədilə vətəndaşlara satıblar;
– Meşələrdə balıqçılıq məqsədilə salınan süni göllər;
– Mərkəzin baş mühasibi Mansur Nurəliyevin işlik material daşıb sexlərə satması;
– Baş meşəbəyi Faiq Əlişovun şiddətli töhmət almasına baxmayaraq, hələ bu azmış kimi, ona Mərkəzin direktor vəzifəsini tapşırılması;
– Baş mühafizə mühəndisi Abturab Bağırov dövlət meşə fondu torpaqlarını satdığı üçün 2013-cü ildə Masallı Məhkəməsinın qərarı ilə ev dustaqlığı verilməsi və s. Görün, bu Abturab Bağırovun arxasında neçə bir hegamon “krışa” dayanıb ki, bu qədər tutarlı dəlillərlə bundan yazılır və buna heç təsir belə etmir və s.
“Bu “meşə mafiya”sının arxasında Vüqar Kərimov dayandığı üçün, bunlar istədiyini edirlər”

Bənzər yazılar

Back to top button