Bizim seçimHadisəSiyasət

İradə Gülməmədova qəzəbə tuş gəlib: məktəbli kitabçası, yoxsa… (VİDEO, FOTO)

Son günlər prezidentin sərəncamı ilə bir neçə icra baçısı vəzifədən çıxarılıb, bəzilərinin isə yerləri dəyişdirilib.

Aztoday.az-a daxil olan məlumata görə, yaxın zamanlarda vəzifəsini itirəcək icra başçıları arasında Abşeronun icra başçısı İradə Gülməmmədovanın da adı hallanır.

Belə ki, onun fəaliyyəti ilə bağlı hesabatlar qənaətbəxş deyil.

Mənbə bildirib ki, 2018-ci ilin yanvar ayında 30 milyon dollarlıq qalmaqalla, yəni Təhsil Naziri təyin ediləcəyi ilə bağlı xəbərlə, ilin ortasında (bu barədə aşağıdakı videoda vətəndaş danışır. red) Qarabag qazisindən 15 min manat rüşvət tələb etməklə, ilin sonunda isə ölkənin trend olaylarından və medianın əsas gündəm xəbərlərindən olan məktəbli kitabçası ilə bağlı gündəmə gələn xanım icra baçısının fəaliyyəti təftiş olunacaq.
https://youtu.be/loKnsrb40nU
O deyib ki, icra başçısının məktəbli kitabçasında öz şəklini yayması və fəaliyyətini “gözə soxması” həm Təhsil Nazirliyində, həm də Prezident Adminstrasiyasında ciddi narazılıqla qarşılanıb: “Rayonda ciddi korruspsiya faktları var. Gülməmmədova isə rayonda anarxiya yaradıb. Təhsil və səhiyyə müəssisələrində özbaşınalıq baş alıb gedir. Hətta bununla bağlı Prezident Adminstrasiyasına da xeyli şikayət məktubu göndərilib”.

Məlumatda qeyd olunur ki, Gülmməmədova vəzifəsindən tamamilə kənarladırılacaq, onun digər rayonlara əvəzlənməsi isə gözlənilmir.

Onun sözlərinə görə, İradə Gülməmmədova ən çox rayonda özünün təbliğatı ilə məşğul olması yuxarıların qəzəbinə səbəb olub. Ona görə də onun yeni vəzifəyə təyin olunması ilə bağlı müəmmalı məqamlar var…

Bənzər yazılar

Back to top button