DünyaGündəmManşet

Rusiya ABŞ-dan “təhlükəsizlik təminatı” ilə bağlı cavab aldı

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-dan təhlükəsizlik təminatı ilə bağlı yazılı cavab alması ilə bağlı açıqlama yayıb. Lenta.ru xəbər verir ki, bu barədə XİN-in saytında məlumat yerləşdirilib.

Qeyd edildiyi kimi, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan çərşənbə günü, yanvarın 26-da nazirliyə gələrək Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Vaşinqtondan mesaj çatdırıb.

“Görüş zamanı Amerika diplomatik missiyasının rəhbəri Rusiya tərəfinin əvvəllər təqdim etdiyi təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli saziş layihəsinə ABŞ administrasiyasının yazılı cavabını təqdim edib”, – məlumatda deyilir.(virtualaz.org)

Bənzər yazılar

Back to top button