Gündəm

Ermənistan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının yerüstü idarəetmə stansiyası məhv edilib

Sentyabrın 2-də səhər Azərbaycan ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının səyyar yerüstü idarəetmə stansiyası məhv edilib, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Bu stansiyadan Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən pilotsuz uçuş aparatlarının idarə olunması üçün istifadə olunurdu, nazirliyin məlumatında qeyd edilir.

Bənzər yazılar

Back to top button