Hadisə

Elton Məmmədov onu məhkəməyə verən şəxsin adını açıqladı

Elton Məmmədov onu məhkəməyə verən şəxsin adını açıqlayıb.

Bu barədə Lent.az-a danışan sabiq deputat bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə verilməsi ilə bağlı bildirişi ötən gün alıb:

“Məndə olan məlumata görə, məni məhkəməyə Akademiyanın hüquq şöbəsinin müdiri Kamal Əliyev verib. Bu adam şəxsi münasibətləri Akademiya səviyyəsinə gətirib çıxarıb. Kamal Əliyev Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan bir adamdır. Ramiz Mehdiyev isə onu Akademiyanın hüquq şöbəsinə müdir təyin edib. Bütün bu intriqaları, söz-söhbətləri yaradan isə Ramiz Mehdiyevin kürəkəninin qardaşı, hazırda İşlər İdarəsinin müdiri vəzifəsini icra edən Fikrət Əliyevdir. Bunlar bir qrupdur”.

E.Məmmədov R.Mehdiyevlə münasibətlərinə də aydınlıq gətirib: “Ötən il aprelin 13-dən Akademiyadan məzuniyyətə çıxdıqdan sonra Ramiz Mehdiyevlə heç bir ünsiyyətim olmayıb. Eşitdiyimə görə tədbirlərdə məni tərifləyir, ünvanıma xoş sözlər deyir”.

Bənzər yazılar

Back to top button