Cəmiyyət

İsti hava şəraiti davam edəcək

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button