Siyasət

Məmmədyarovla Lavrov arasında Qarabağ müzakirəsi

Qarşı tərəfin təklifi əsasında Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll üzrə aparılan danışıqları müzakirə ediblər.

Bənzər yazılar

Back to top button