Dünya

Təyyarə qəzasında yaralanan sərnişin həmin anları belə xatırladı (VİDEO)

“Təyyarə uçuş zolağına yaxınlaşarkən titrədi, eniş edəndən sonra da titrəməyə davam etdi və bundan sonra hər şey 2-3 saniyədə baş verdi. Təyyarə enməyə başladı və ikiyə bölündü”.

Qaynarinfo DHA-ya istinadən xəbər verir ki, bu sözləri dünən İstanbulun Sabiha Gökçən havalimanında baş verən təyyarə qəzasının şahidlərindən biri Yunus Almacı deyib.

Hadisədən yaralı olaraq xilas olan Yunus Almacı yaşadıqlarını belə xatırlayıb:

“Təyyarəmiz İzmirdən 16:40-da qalxmalı idi. Ancaq uçuşumuz qırx dəqiqə gecikmə ilə başladı. Hava bir az yağışlı idi. Təyyarə uçuş zolağına yaxınlaşarkən titrədi, eniş edəndən sonra da titrəməyə davam etdi və bundan sonra hər şey 2-3 saniyədə baş verdi. Təyyarə enməyə başladı və ikiyə bölündü. Sərnişinlərin bəzisi təyyarənin bölünən yerlərindən, bəziləri qapılardan çıxdı. Mən qanadda idim, 26 B yerimdə olduğunu düşünürəm, dəqiq xatırlaya bilmirəm. Arxa qapıdan çıxdım. Öz vasitəmizlə çıxdıq. Çıxış yolunda bir neçə nəfərə kömək etdik”.

Xatırladaq ki, bir gün əvvəl baş verən qəzada İzmirdən gələn bir layner eniş zamanı uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Ümumilikdə təyyarədə 183 nəfər – 177 sərnişin, o cümlədən 2 uşaq və 6 ekipaj üzvü olub. Hadisə nətiicəsində 3 nəfər həlak olub, 179 nəfər xəsarət alıb.

Bənzər yazılar

Back to top button