Dünya

Ukrayna MDB-nin daha bir sazişindən çıxdı

Vladimir Zelenski Kiyevin MDB ölkələrinin Maliyyə Kəşfiyyat Birlikləri Rəhbərləri Şurasının yaradılması haqqında Sazişdən çıxması haqqında fərman imzalayıb.

Qaynarinfo xəbər verir ki, Xarici İşlər Nazirliyinə MDB-nin İcraiyyə Komitəsinə Ukraynanın bu qərarı barədə məlumat vermək tapşırılıb.

Xatırladaq ki, MDB ölkələrinin Maliyyə Kəşfiyyat Birlikləri Rəhbərləri Şurasının yaradılması haqqında Saziş 2012-ci ilin dekabrında bağlanıb.

Bənzər yazılar

Back to top button