Dünya

Rusiya erməniləri veteranları qəzəbləndirdi: “Bu sadəcə tarixin saxtalaşdırılması demək deyil…”

Daha əvvəl xəbər verildiyi kimi, Ermənistan ordusunun 30 illiyi günü ilə əlaqədar Rusiya Erməniləri İttifaqı Rusiya ərazisində “Qaregin Njde” filminin nümayişini təşkil edəcək.

Nasizmi təbliğ edən filmin nümayişi İkinci Dünya Müharibəsi veteranlarının qəzəbinə səbəb olub. REN TV-nin məlumatına görə, “Rusiya veteranları” ümumrusiya ictimai hərəkatı ölkənin baş prokuroru İqor Krasnova müraciət edib.

“Film SSRİ-yə qarşı Hitlerin xidmətinə keçmiş erməni milli xadimi Qaregin Njdenin tərənnümünə həsr olunub”, – müraciətdə vurğulanır.
Veteranlar qeyd edirlər ki, nasist cinayətkarlarına və onların əlaltılarına bəraət qazandırmaq cəhdləri “sadəcə tarixin saxtalaşdırılması deyil, həm də təbiətçə amoraldır”.

Nasist Njde haqqında film nümayişinin elan olunması ilə əlaqədar veteranlar baş prokurordan Rusiya Erməniləri İttifaqının nasizm və onun əlaltılarının reabilitasiyası etməsini yoxlamağı xahiş ediblər.(virtualaz.org)

Bənzər yazılar

Back to top button