Hadisə

Almaniyadan deportasiya edilmiş Cəfər Mirzəyev saxlanılıb

Ötən il noyabrın 24-də Almaniyadan readmissiya ilə qayıdan Cəfər Mirzəyev dünən Bakıda polis tərəfindən saxlanılıb. Bu barədə Turan-a onun qardaşı Vüsal Mirzəyev bildirib. Onun sözlərinə görə, Cəfər Ramana qəsəbəsindəki mağazada mülki şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.

Doğmaları yalnız bu gün aydınlaşdıra biliblər ki, o, Sabunçu Rayon Polis İdarəsində saxlanılır.

“Biz oraya getdik, ancaq müstəntiq ilə əlaqə yaradıb saxlanmanın səbəblərini öyrənə bilmədik”, – saxlanılan şəxsin qardaşı Turan-a bildirib.

Onun sözlərinə görə, Cəfər Almaniyaya 7,5 il öncə qazanc üçün gedib. Siyasi fəaliyyətlə məşğul olmayıb və sosial şəbəkələrdə fəal olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Almaniyadan deportasiya olunmuş fəallar Malik Rzayev və Mütəllim Orucov 2021-ci ilin oktyabrında narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs ediliblər.

Bənzər yazılar

Back to top button