Bizim seçimDünyaGündəmHadisə

Ermənistan üçün 200 milyon dollar tələb edən terrorçu ələ keçirildi

Putinlə görüşmək istəyən erməni öz bacısını girov götürərək Rusiyadan Paşinyana pul verməyi tələb edirdi

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, ötən gün əvvəl Pyatiqorskda keçirilən xüsusi əməliyyat nəticəsində qardaşı tərəfindən girov götürülən bir qadın və iki azyaşlı oğlu sərbəst buraxılıb.

Rusiya mətbuatının yazdığına görə, 28 yaşlı Hovsep M. adlı şəxs Moskvadan Pyatiqorskdakı qohumlarının yanına gəlibmiş.

“Mənzildə barrikada quran terrorçu erməni Ermənistana xeyriyyə yardımı olaraq 200 milyon dollar köçürməsini tələb edib və prezidentin ona zəng etməsini tələb edib. Bundan əlavə, qırıcı tələb edib”, –deyə “5-ci kanal” məlumat verib.

Şübhəli hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı nəticəsində tutulub. Mənzildə olan girovlardan heç biri xəsarət almayıb. İstintaq qrupu baş verənlərin bütün təfərrüatını öyrənirlər.

“RİA Novosti”nin verdiyi məlumata görə, kişi Moskvada daimi qeydiyyatdadır, burada boks üzrə məşqçi işləyib. Agentliyə məlumat verən bir nəfər onun belə bir addım atmasın göz əməliyyatından sonra dərman qəbul etməsi, yata bilməməsi əlaqəndirməsi gülünc səslənir.

Amma bununla erməni saytlarının guya Stavropol diyarının qubernatoru Vladimir Vladimirova istinadən erməni terorçunun ruhi pozğunluqdan əziyyət çəkdiyi və psixo-nevroloji klinikada qeydiyyata alınması yalanı da üzə çıxır. Burada yenə erməni xisləti öz sözünü deyir. Yəni idmançı bir şəxsin və boks üzrə məşqçinin nə vaxt “dəli” olmasını isə heç kim açıqlamır.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button