GündəmHadisə

Üç hərbçi tapılıb, birinin axtarışı isə davam edir

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbilə Azərbaycanın dörd hərbi qulluqçusu – baş leytenant Fuad Bağırov, kiçik çavuş Cavad Hüseynov, əsgər Maşalla Hüseynov və əsgər Yasin Kərimov ərazidə istiqaməti itirərək azıblar. Müdafiə Nazirliyinin bu hadisə ilə bağlı yaydığı məlumatda belə deyilir.

Məlumata görə hərbi qulluqçuların tapılması məqsədilə tədbirlərə başlanılıb.

“Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir”, deyə məlumatda vurğulanır.

Bənzər yazılar

Back to top button