İdman

Bunu “Real Madrid” yox, Mbappe müəyyənləşdirəcək

“Real Madrid”in cari mövsümün sonunda sıralarına qoşulacağı gözlənilən Kilian Mabppe ilə daha bir məqamla bağlı razılığa gəldiyi açıqlanıb.

Fanat.az xəbər verir ki, məlumatı “Football-Espana” yayıb.

Xəbərə görə, Fransa millisinin forvardı İspaniya nəhənginə keçidinin rəsmiləşməsinin ictimaiyyətə nə vaxt çatdırılmasını özü müəyyənləşdirəcək.

Qeyd edək ki, daha öncə Kilianın “Kral klubu” ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə bağladığı haqda informasiyalar yayılıb. Onun artıq PSJ-dəki komanda yoldaşlarına yayda iş yerini dəyişəcəyini dediyi və Madriddə özünə ev tapdığı bildirlib.

Bənzər yazılar

Back to top button