Cəmiyyət

Azərbaycanda ikinci təhsil alan məhkəmə hakimləri: idmançı, müəllim, bioloq, qəzetçi, mexanik…

Bir neçə gün öncə sosial mediada məhkəmə hakimlərinin ikinci təhsili ilə bağlı müzakirələr aparıldı.

Bir çoxları hakimlərin savadsızlıqda ittiham edərək onların hüquq təhsilini sonradan alması və heç birinin bu sahədə peşəkar olmaması ilə əsaslandırırdılar.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov da “Xural TV”-nin “Siyasət meydanı” verilişində bu məsələyə toxunub.

Əkrəm Həsənov qeyd edib ki, məhkəmə-hüquq sahəsində əsas problemlərdindən biri də budur.

Azərbaycanda məhkəmə hakimlərini bir qayda olaraq ölkə başçısı İlham Əliyev təyin edir.

Maraqlıdır ki, bu hakimlərin təqyinatı ilə bağlı təqdimat da ölkə başçısına verilir. Ekspertlər isə bu sahədə şəffaflığın olmadığını da qeyd edirlər.

Arqument.az bu mövzu ilə bağlı internet üzərində həmin məhkəmələrin rəsmi saytlarında araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, həm Ali, həm Apelyasiya, həm İnzibati, həm də da rayon məhkəmələrinin hakimlərinin siyahısında xeyli sayda idmançı, müəllim, bioloq, riyaziyyatçı, neftçi, qəzetçi, kitabxanaçı, mexanik və mühəndis və digər ixtisasları bitimiş şəxslər var. Onlar daha sonra hüquq ixtisası üzrə ikinci ali təhsil alıblar.

Məsələn, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev əvvəl Tibb Universitetini, daha sonra isə ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini qiyabi bitirib.

Arqument.az 20-dən artıq hakimin ilk təhsili barədə (məhkəmələr üzrə qruplaşdıraraq) məlumatları təqdim edir:

Nəsimi Rayon Məhkəməsinin hakimləri:

Azər Tağıyev – ilk təhsili mühasibat uçotu
Ceyhun Tağıyev – bədən tərbiyəsi fakültəsi

Xətai Rayon Məhkəməsinin hakimləri:

İlahə Abbasova – ingilis-fransız dili müəllimi
Fərid Yaqubov – tarixçi
Şəhriyar Əliyev – tarixçi

Bakı Apelyasiya Məhkəməsinin hakimləri:

Rəfael Eyvazov – iqtisadçı
Xəyal Sarıyev – mexanik
Fuad Talşınski – Texniki Universiteti bitirib
Qaraqurbanlı Ramin – 11 ildə 5 dəfə hüquq təhsili

Bakı İnzibati Məhkəməsinin hakimləri:

Aygün Abdullayeva – ingilis dili müəllimi
Nəriman Abıyev – Təfəkkür Universitseti – iqtisadi hüquq

Mülki Kollegiyanın hakimi:

– Hərbçi, həkim, ABU hüquq (qiyabi)

Ali Məhkəmənin hakimləri:

– Zakir Quliyev – Neftçi
– Səyyad Kərimov – fəhlə, vəkil, hakim…

Yasamal Rayon Məhkəməsi

– Hüseyn Səfərov – riyaziyyatçı

Nərimanov Rayon Məhkəməsinin hakimləri:

– Samir Məmmədov – həkim
– Aytən Novruzova – qəzetçi

Sabunçu Rayon Məhkəməsinin hakimi:

– Lətif Rüstəmli – riyaziyyatçı

Abşeron Rayon Məhkəməsinin hakimi

Elman Məmmədov – Şərşünas

Bənzər yazılar

Back to top button