Dünya

Rusiya S-400-lərin Türkiyəyə verilməsini başa çatdırdı, 2025-də isə…

Rusiya müqavilə çərçivəsində nəzərdə tutulan bütün S-400 komplekslərini Türkiyəyə təhvil verib.

Qaynarinfo xəbər verir ki, bu haqda “Rosoboronexport” un rəhbəri Aleksandr Mixeev məlumat verib.

“Türk hərbçiləri kompleksin idarəetməsi ilə bağlı aldıqları təlim kursunu başa vurdular. Artıq lokallaşdırma və sənaye tərəfdaşlığı ilə bağlı danışıqlar aparılır”, – Mixeev əlavə edib.

Rostec-in baş direktoru Sergey Çemezov isə 2025-ci ildə Moskvanın S-400-lərin Hindistana da veriləcəyini deyib. Müvafiq müqavilə 2018-ci ildə bağlanıb. Sövdələşmə 5 milyard dollar dəyərindədir. Ümumilikdə tədarükə 5 kompleks daxildir. Artıq onlar üçün avans da köçürülüb.

Bənzər yazılar

Back to top button