“Qaçqınkom”un yeni sədri direktoru işdən çıxartdı

Print Friendly, PDF & Email

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.

AzToday.az Report-a istinadən xəbər verir ki, Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib.

Boş qalan departament direktoru vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, E.İsmayılov 2003-cü ildən bu vəzifədə çalışıb.