Dünya

İngiltərənin yeni daxili işlər naziri müəyyənləşdi

İngiltərənin daxili işlər naziri Amber Radd saatlar əvvəl istefa vermişdi.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, İngiltərə baş naziri Tereza Mey artıq yeni daxili işlər nazirini təyin edib. Bu vəzifəyə 48 yaşlı Pakistan əsilli Sacid Cavid gətirilib. Cavidin ailəsi 1960-cı illərdə İngiltərəyə köçüb.

Qeyd edək ki, Radd parlamentə və ictimaiyyətə yanlış məlumat verməkdə ittiham edilirdi. Növbəti illərdə qeyri-qanuni miqrantların ölkədən deportasiyasını həyata keçirəcəyini deyən sabiq nazir bu rəqəmin azı 10% olması üçün çalışacağını bildirmiş, lakin parlament qarşısında belə rəqəmdən xəbərsiz olduğunu iddia etmişdi. Daha sonra onun Tereza Meyə bu hədəfi ilə bağlı yazdığı məktub ortaya çıxdı və o, istefa vermək məcburiyyətində qaldı.

Deportasiya layihəsi Qəraib ölkələri və Böyük Britaniyanın müstəmləkələrindən gələn işçi miqrantlara şamil edilirdi.

Bu hadisəni şərh edən yeni nazir Sacid Cavid isə bildirib:
“Deportasiya ilə üzləşəcək şəxslər mənim anam, atam, dayım ola bilərdi”.

Bənzər yazılar

Back to top button