İqtisadiyyat

Mərkəzi Bank 1,3 milyard manatlıq pul nişanını məhv etdi

2017-ci il ərzində Azərbaycan Mərkəzi Bankı çap şirkәtindәn 410 milyon 677 min manat mәblәğindә yeni pul nişanları tәhvil alıb.

AzToday.az AMB-nin yaydığı maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ildəkindən 43,54 dəfə çoxdur. Belə ki, 2016-cı ildə AMB 9 milyon 432 min manat məbləğində yeni pul nişanları tәhvil alıb.

Hesabat dövründə AMB 1 milyard 307 milyon 505 min manat mәblәğindә pul nişanlarını mәhv edib. Bu, 2016-cı ildəkindən 604,839 milyon manat çoxdur. Belə ki, 2016-cı ildə AMB 702,666 milyon manat məbləğində pul nişanlarını mәhv edib.

Bənzər yazılar

Back to top button