Dünya

Kabildə dəhşətli terror: 9 jurnalist öldü

Bu gün Əfqanıstanın paytaxtı Kabildə törədilən 2 partlayışda 9 media nümayəndəsi dünyasını dəyişib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD üzvü olan kamikadzelər iki dövlət qurumunun qarşısında partlayış törədiblər.

Onlardan biri jurnalistlərin olduğu yerdə özünü partladıb. Belə ki, terakt nəticəsində “Mashal TV”nin 2 üzvü, “Azadlıq Radiosu”nun Əfqanıstan şöbəsinin 3 jurnalisti, “TOLOnews” kanalının operatoru, “1TV”-nin operator və jurnalisti, həmçinin “France-Presse” Agentliyinin fotoqrafı Şah Maray dünyasını dəyişib.

Hücumlarda ümumilikdə 29 nəfər ölüb, 49 nəfər isə yaralanıb.

Bənzər yazılar

Back to top button