GündəmHadisə

Polis iki narkokuryeri İrandan gətirilmiş 91 kq narkotik vasitə ilə saxlayıb

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları İrandan Azərbaycana narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirmək istəyən iki nəfəri saxlayıblar.

Daxili İşlər Nazilrliyinin məlumatında deyilir ki, Abşeron rayon ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər məhkum olunmuşlar – Zahid Məmmədov və Qabil Muradov saxlanılıblar.

Həmin şəxslərdən və idarə etdikləri avtomobildən 91 kiloqram, o cümlədən 22 kiloqram heroin, 23 kiloqram adlandırılan metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 46 kiloqram qurudulmuş marixuana və 4300 ədəd “Metadon” həbi aşkarlanıb.

Araşdırmalar nəticəsində Zahid Məmmədov və Qabil Muradovun mütəşəkkil dəstə yaradaraq İran vətəndaşı “Səxavət” adlı şəxslə qabaqcadan əlbir olmaqla ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olmaları və narkotiklərin pul dövriyyəsini təşkil etmələri müəyyənləşdirilib.

Onlar narkotikləri Abşeron rayonunun ərazisində yol kənarında gizlədilən yerdən götürərək alıcılara çatdırıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir, deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bənzər yazılar

Back to top button