İdman

“Xəzər Lənkəran” qayıtdı

“Xəzər Lənkəran” klubu bərpa olunur.

Futbolpress.az xəbər verir ki, Region Liqasında mübarizə aparan “Xan Lənkəran” bundan sonra “Xəzər Lənkəran” adı ilə davam edəcək.

Klub rəhbərliyi “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovla görüşərək bununla bağlı razılığa gəlib. Komanda artıq Lənkərən şəhər stadionuna qayıdıb. Eyni zamanda Region Liqasının son matçında “ağ-yaşıl” formadan istifadə edilib.

Klubun loqosunun dəyişdirilib-dəyişdirilməyəcəyi hələlik dəqiqləşməyib.

Bənzər yazılar

Back to top button