Hadisə

Azərbaycanda dəhşətli qəza: 2 nəfər öldü, 6 nəfər yaralandı

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzToday.az “Report”a istinadən xəbər verir ki, qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır.

Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button