DünyaSiyasət

Paşinyan öz müşavirini iki aylıq Zəngəzura göndərdi

Ermənistan baş nazirinin müşaviri Robert Qukasyan Paşinyanın qərarı ilə iki aylıq Zəngəzura ezamiyyətə gedəcək. Baş nazirin müvafiq qərarında bildirilir ki, ezamiyyət fevralın 16-dan aprelin 16-dək davam edəcək.

Qaynarinfo bu haqda Sputnik Ermənistan-a istinadla xəbər verir.

Qeyd olunur ki, Robert Qukasyanın ezamiyyəti ilə bağlı xərclər dövlət büdcəsində nəzərdə tutulan baş nazir aparatının daxili ezamiyyətləri hesabına ödəniləcək.

Robert Qukasyan 2019-cu il avqustun 22-də Ermənistan baş nazirinin müşaviri təyin edilib. Bundan əvvəl 2017-2018-ci illərdə Çəmbərək icması rəhbərinin köməkçisi və müşaviri olub.

Bənzər yazılar

Back to top button