Siyasət

Volqaqradda Azərbaycan və Çeçen diasporunun üzvləri görüşdü: İrəvan Xanlığının xəritəsi hədiyyə edildi

Fevralın 25-də Rusiyanın Volqaqrad şəhərində Azərbaycan Diaspor Cəmiyyətinin sədri Saday Quliyevin təşəbbüsü ilə çeçen diasporunun fəalları ilə geniş tərkibdə görüş keçirilib.

Görüş son zamanlar dost-qardas Azərbaycan ve Çecen xalqının arasına təfriqə salmaq istəyən ermənipərəstlərin tapılaraq, qanunla cəzalandırılmasına nail olmaq məqsədi güdüb.

Qeyd etmək yerinə düşər ki, Volqaqradda fəaliyət göstərən istər çeçen, istərsə də Azərbaycan diasporunun üzvləri bir-biri ilə daima sıx təmasdadır. Görüşdə iştirak edən Çeçenistan Respublikasının Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Tamerlan Nosayev cıxış edərək son günlər baş verən arzu olunmaz hadisələrin iki xalqın arasına min illərə söykənən dostluq və qardaşlıq əlaqələrini sarsıtmaq istəyən düşmənlər tərəfindən tərədildiydiyini diqqətə çatdırıb.

Tamerlan Nosayev çıxışında onu da qeyd edib ki, bu hadisənin dərhal Azərbaycan prezidenti İlham Əliyev və Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən nəzarətə götürülərək, günahkar ermənipərəst qüvvələrin ifşa olunmasına yönələn addımları təqdirə layiq haldir. Daha sonra Volqaqrad Azərbaycanlıları Diasporunun sədri Saday Quliyev və Çeçen diasporunun üzvləri məsələni qətiyyətlə pisləyərək, baş verən hadisənin ermənipərəst qüvvələr tərəfindən təşkil edilməsinə hüquqi qiymət veriləcəyinə əminliklərini ifadə ediblər.

Tədbirin sonunda Azərbaycan diasporunun sədri Çeçen diasporunun rəhbərliyinə İrəvan Xanlığının xəritəsini bağışlayıb. Xəritəni məmnuniyyətlə qəbul edən çeçen diasporunun rəhbəri ermənipərəst qüvvələrə mesaj verib:

“Qədim Irəvan Xanlığının xəritəsi bizim ofisimizdə ən mötəbər yerdə asılacaq və bu ermənipərəstlərə bizim cavabımız olacaq”.

Sənan Həsənoğlu

Bənzər yazılar

Back to top button