Cəmiyyət

Ramiz Mehdiyevin yerinə bu şəxslərdən biri seçiləcək – TAM SİYAHI

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Rəyasət Heyətinin iclasında istefa verdiyini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, AMEA prezidentinin istefası qəbul olunarsa qurumun ümumi yığıncağında həqiqi üzvlər arasından yeni prezident seçilməlidir.

Məlumat üçün bildirək ki, AMEA-nın Ramiz Mehdiyevlə birgə 60 həqiqi üzvü var və növbəti prezident 59 nəfərin arasından seçiləcək.

Qeyd edək ki, hazırda AMEA-nın həqiqi üzvlərinin 6-nın yaşı 90-dan yuxarıdır. Bundan başqa 21 akademikin yaşı 80-89, 21 akademikin yaşı 70-79, 11 akademikin yaşı isə 60-69 arasında dəyişir. Yalnız bir akademikin yaşı 60-dan aşağıdır. Belə ki, AMEA-nın həqiqi üzvləri arasında ən gənci 57 yaşlı İradə Hüseynovadır. AMEA-nın ən yaşlı həqiqi üzvü isə 1927-ci ildə anadan olan 95 yaşlı Ömər Eldarovdur.

Məlumat üçün bildirək ki, AMEA-nın həqiqi üzvləri ömürlük seçilir və onların aylıq maaşı 2000 manat təşkil edir.

AMEA-nın həqiqi üzvlərinin adları və onların yaşı:
Abbasov Əli Məmməd oğlu – 69 yaş
Abdinov Cavad Şahvələd oğlu – 82 yaş
Abbasov Vaqif Məhərrəm oğlu – 70 yaş
Abdullayev Kamal Mehdi oğlu – 72 yaş
Axundova Nərgiz Çingiz qızı – 63 yaş
Bünyadov Teymur Əmiraslan oğlu – 94 yaş
Babazadə Vasif Məmməd Ağa oğlu – 84 yaş
Babayev Məhərrəm Pirverdi oğlu – 85 yaş
Baxşəliyeva Gövhər Baxşəli qızı – 68 yaş
Cəfərov Nizami Qulu oğlu – 63 yaş
Cəfərov Təyyar Cümşüd oğlu – 83 yaş
Eldarov Ömər Həsən oğlu – 95 yaş
Əliyev Ağadadaş Mahmud oğlu – 82 yaş
Əliyev Cəmil Əziz oğlu – 76 yaş
Əliyev Fikrət Əhmədəli oğlu – 73 yaş
Əliyev Telman Abbas oğlu – 87 yaş
Əliyev Seyfəddin Vəli oğlu – 92 yaş
Əlizadə Akif Ağa Mehdi oğlu – 88 yaş
Əmiraslanov Əhliman Tapdıq oğlu – 75 yaş
Əliquliyev Rasim Məhəmməd oğlu – 64 yaş
Əliyev Fuad Yusif oğlu – 72 yaş
Ələkbərov Urxan Kazım oğlu – 79 yaş
Əlizadə Validə Mövsüm qızı – 76 yaş
Fərzəliyev Vaqif Məcid oğlu – 83 yaş
Feyzullayev Əkpər Əkbər oğlu – 77 yaş
Hacıyev İsmayıl Muxtar oğlu – 71 yaş
Həşimov Arif Məmməd oğlu – 73 yaş
Həbibbəyli İsa Əkbər oğlu – 73 yaş
Hacıyev Asəf Hacı oğlu -71 yaş
Hüseynova İradə Məmməd qızı – 57 yaş
Hüseynov Rafael Baba oğlu – 68 yaş
İmanov Muxtar Kazım oğlu – 67 yaş
Kərimli Teymur Həşim oğlu – 69 yaş
Quliyev İbrahim Said oğlu – 75 yaş
Qəribov Adil Abdulxalıq oğlu – 72 yaş
Qədirov Fəxrəddin Əbülfət oğlu – 72 yaş
Mehdiyev Ramiz Ənvər oğlu – 84 yaş
Məmmədov Qərib Şamil oğlu – 75 yaş
Məhərrəmov Abel Məmmədəli oğlu – 72 yaş
Məmmədov Nazim Timur oğlu – 69 yaş
Mehdiyev Məhəmməd Fərman oğlu -81 yaş
Məmmədov Pərviz Ziya oğlu – 85 yaş
Məcidov Əjdər Əkbər oğlu – 84 yaş
Mustafayev Şahin Məcid oğlu – 60 yaş
Mahmudov Yaqub Mikayıl oğlu – 83 yaş
Məmmədov Yusif Əbülfət oğlu – 72 yaş
Nağıyev Tofiq Murtuza oğlu – 81 yaş
Nağısoylu Möhsün Zellabdin oğlu – 76 yaş
Paşayev Arif Mir-Cəlal oğlu – 88 yaş
Paşayeva Nərgiz Arif qızı – 60 yaş
Rizayev Ramiz Həsən Qulu oğlu – 83 yaş
Rüstəmov Musa İsmayıl oğlu – 92 yaş
Salayev Eldar Yunus oğlu – 89 yaş
Salmanov Məmməd Əhəd oğlu – 90 yaş
Səmədzadə Ziyad Əliabbas oğlu – 82 yaş
Səfərova Zemfira Yusif qızı – 85 yaş
Talıbov Tariyel Hüseynəli oğlu – 83 yaş
Tağıyev Dilqəm Bəbir oğlu – 72 yaş
Vəlixanlı Nailə Məmmədəli qızı – 82 yaş
Yusifzadə Xoşbəxt Bağı oğlu – 92 yaş

Bənzər yazılar

Back to top button