İdman

“Barselona” ilə müqayisə olunmaq üçün…” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, “şəhərlilər”in “Real”, “Barselona”, “Bavariya” kimi klublardan geridə olduğunu deyib:

“Son 10 ildə ən çox inkişaf edən komandalardan biri də “Mançester Siti”dir. Amma “Barselona” ilə müqayisə olunmaq üçün tarix və miras kimi məsələlərdə çox geridəyik. Məncə, kiçik addımlar atırıq və hər zaman daha yaxşı oluruq. Keçən mövsüm 100 xal qazandıq, bu mövsüm də bütün kuboklar üçün mübarizə aparırıq.

Düşünürəm ki, bu kluba kömək etməyin ən yaxşı yolu “Barselona”, “Real”, “Bavariya” kimi klubların gerisində olduğumuzu hiss etməkdir. Onların inanılmaz tarixləri var, biz orda deyilik”.

Bənzər yazılar

Back to top button