Cəmiyyət

TƏBİB-in strukturunda dəyişiklik aparılıb, Aparat rəhbəri vəzifəsi ləğv edilib

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) strukturunda dəyişiklik aparılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Aparat rəhbəri ştatı ləğv edilib.

Qeyd edək ki, TƏBİB-in Aparat rəhbəri vəzifəsində Gündüz Əbdülov çalışırdı.

Bənzər yazılar

Back to top button