AnalitikaİqtisadiyyatManşet

Manaf Ağayevlə Füzuliyə gedən “AA” seriyalı avtomobil “tender kralı”nın imiş – Qalib olduğu tenderlərin siyahısı

Müğənni Manaf Ağayev qanunsuz yolla işğaldan azad edilən Füzuli şəhərinə getdiyi avtomobil məşhur iş adamına məxsusdur.

Bu barədə məlumatı Manset.az saytı yayıb. Saytın yazıdığına görə 10-AA-307 dövlət qeydiyyat nişanlı bahalı avtomobil “MSDIS Holdıng” MMC-nin prezidentinə məxsusdur.

Qlobal.az xəbər verir ki, “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət satınalmalarında ən çox qalib elan edilən təşkilatlardandır.

“MSDIS Holdıng” MMC əsasən “yolların əsaslı təmiri” lotu üzrə sifariş olunan dövlət satınalamaları üzrə qalib olur.

2021-ci ildə təşkilat sözügedən lot üzrə xeyli sayda tenderin qalibi olub.

Qlobal.az “MSDIS Holdıng” MMC-nin ötən il qalib olduğu tenderlərin bir qisminin siyahısını təqdim edir:

Lotun adı Qiymət Tarix
_____________________________________________________________________________________________________________

1. Xırdalan şəhərində abadlıq işləri 1.362.482 22.05.2021

2. Abşeron rayonu, Novxanı qəsəbəsi,
Bağlar ərazisində “Azərişıq” ASC-yə
məxsus2 saylı Sumqayıt-Maştağa 35 kV-luq
hava xəttininbir hissəsinin sökülərək kabel
xətti ilə əvəz edilməsi işlərinin satın alınması 116.489 26.04.2021

3. Sumqayıt şəhərində “Karvan yolu”
küçəsinin və Mehdi Hüseynzadə adına
Sumqayıt şəhər stadionunun giriş
hissəsinin asfaltlanması işləri 277.715 25.05.2021

4. Sumqayıt şəhərində küçə,
yol, mikrorayon və məhəllələrin
ərazilərindəki asfalt örtüyünün
təmiri işlərinin satın alınması 2.020.503 01.06.2021

5. Zaqatala rayonunda yolların
əsaslı təmiri 542.113 03.06.2021

6. Mehdi Hüseynzadə Sumqayıt şəhər
stadionun ətraf hissəsinin abadlaşdırılması
və yaşıllıq işlərinin satınalınması (II hissə) 447.134 08.08.2021

7. Siyəzən şəhəri üzrə avtomobil
yollarının əsaslı təmiri
işlərinin satın alınması 442.448 07.07.2021

8. Qəbələ rayonunda mənzil fonduna
aid olan yaşayış binalarının əsaslı təmiri 164.127 14.07.2021

9. Sumqayıt şəhərində küçə və
prospektlərə yol cizgilərinin çəkilməsi 293.230 26.07.2021

10. Sumqayıt şəhərində
çoxmənzilli yaşayış binalarının
fasadlarının və girişlərinin təmiri işləri 1.037.999 30.07.2021

11. Sumqayıt şəhərində yaşayış binalarının
əsaslı təmiri 787.700 02.08.2021

12. Xırdalan şəhəri ərazisində
İlham Cəfərov küçəsinin asfaltlanması 130.127 05.08.2021

13. Qəbələ rayonunda yolların təmiri 355.982 11.08.2021

14. Abşeron rayonunda yolların təmiri 164.995 03.09.2021

15. Gədəbəy şəhərində şəhərdaxili küçə,
meydan və parkların abadlaşdırılması 693.320 10.09.2021

16. Sumqayıt şəhər Corat qəsəbəsində
H.Salayev,M.Əliyev,Kərbalayi Zöhrab
küçələrinin asfalt-beton işləri üzrə təmiri 61.642 15.09.2021

17. Küçə işıqlarının təmiri işlərinin
satın alınması 137.521 06.10.2021

18. Şəki şəhərində yolların
asfalt-betonla əsaslı təmiri 708.293 18.10.2021

19. Qobustan şəhər küçələrində
işıqlandırma sistemlərinin quraşdırılması 278.851 22.10.2021

20. Abşeron rayonunda yolların təmiri
işlərinin satın alınması 1.126.797 22.10.2021

21. Mollamuhuma Eminov küçəsində dalan,
Xalqlar Dostluğu küçəsində,
Göyəm küçəsi, döngə 1-də
yolların əsaslı təmiri 55.861 22.11.2021

22. Yolların təmiri işlərinin
satın alınması ( II hissə) 59.917 09.12.2021

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər nazirliyi məlumat yayıb. DİN Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov hər iki şəxsin izahatlarının alındığını, aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəyini bildirib.

Bənzər yazılar

Back to top button