Siyasət

Səlim Müslümov infarkt keçirib? – Eks-nazirin köməkçisindən açıqlama

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov infarkt keçirərək, təcili şəkildə xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər təsdiqini tapmayıb.

AzToday.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün “Ölkə.Az”ın əməkdaşı Səlim Müslümovun mobil telefonuna zəng edib.

Telefona cavab verən və özünü Səlim Müslümovun köməkçisi kimi təqdim edən şəxs xəbərin yalan olduğunu bildirib. O deyib ki, hazırda Səlim Müslümov istirahət edir və səhhətində heç bir problemi yoxdur:

“Səlim müəllim infakt keçirməsi və təcili xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. Onun səhhətində hər hansı problemi yoxdur. Hazırda isə evində istirahət edir”.

Xatırladaq ki, Səlim Müslümov 2018-ci ilin aprelində əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

Bənzər yazılar

Back to top button